Dünən gecə baş tutan "Roma"-"Barselona" oyununda Messinin üzgünlüyü gözlərdən qaçmayıb.
Mynews.az xəbər verir ki, 1983-84 mövsümündən sonra ilk dəfə adını Çempionlar Liqasının yarımfinalına yazdıran "Roma" zəfər qolunu türkiyə futbolçu Cengiz Ünderin məhsuldar ötürməsi ilə əldə edib.
Qalib gəldiyi üçün sevincindən yerə-göyə sığmayan türkiyəli ulduz uşaqlıqdan pərəstiş etdiyi Lionel Messiyə salam vermək üçün yaşıl meydançanın kənarına gedib. O, Messi ilə salamlaşmaq məqsədilə bir müddət gözləsə də, argentinalı ulduz kimsə ilə üz-üzə gəlməmək və danışmamaq üçün başını aşağı salaraq soyunma otağına gedib.
Cengiz Ünder isə matçdan sonrakı açıqlamasında Messiyə qarşı oynamağın həyəcan verdiyini, ancaq matçdan qalib ayrıldıqlarına görə daha çox sevindiyini bildirib. (publika.az)
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub