Azərbaycanlı futbolçunun dizi çatlayıb

898
Azərbaycanlı futbolçunun dizi çatlayıb

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Şimal-Şərq Regional Liqasında mövsümün qalan matçlarını buraxacaq. 

Mynews.az xəbər verir ki, bunu Berlin “Dinamo”sunun futbolçusu açıqlamasında deyib.

XXVII turda “Halberştadt”la (4:2) qarşılaşmada zədələnən 26 yaşlı forvard sol dizinin daxilində çat aşkarlandığını söyləyib. Həkimlər onun 4-6 həftə yaşıl meydanlardan uzaq qalacağını açıqlayıblar.

Berlin klubunun liqada son matçını mayın 12-də keçirəcəyini nəzərə alsaq, Dadaşovun çempionatı başa vurduğunu söyləmək olar.

Ancaq o, mayın 21-də keçiriləcək Berlin kubokunun finalında son dəfə “Dinamo”nun formasını geyinmək arzusundadır: 

“Ümid edirəm ki, final görüşünə qədər sağalaram. Həmin matça yetişmək üçün əlimdən gələni edəcəyəm. Çünki “Dinamo”nu titulla tərk etmək niyyətindəyəm”.

Qeyd edək ki, yeni mövsümdən 3-cü Liqa klubu “Proyssen”də mübarizə aparacaq millimizin sabiq hücumçusu “Dinamo”ya Berlin kubokunun yarımfinalında kömək edə bilməyəcək. Belə ki, onun komandası aprelin 18-də “Tenis Borusiya” ilə görüşəcək.

Xəbər lenti