2018-ci il 27-29 aprel tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar aprelin 23-dən etibarən Bakıya gəlməyə başlayacaqlar.
Mynews.az xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər Halqası Əməliyyat Komitəsinin (BŞHƏK) Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
O bildirib ki, Formula 1 çərçivəsində logistika baxımından işlər çox olur, çünki komandalar bir Qran Pri başa çatdıqdan sonra digərinə gedirlər: "İndi Çində Qran Pri keçirilir, ondan sonra komandalar Bakıya gələcəklər. Komandaların gəlişi, adətən, Qran Pri həftəsi baş tutur. Ayın 23-dən etibarən Beynəlxalq Avtomobil Federasiyası və Formula 1 nümayəndələri, komandalar Bakıya gəlməyə başlayacaq".
N.Arpadarai digər məsələlərlə bağlı işlərin qrafikə uyğun davam etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, tikinti-quraşdırma işləri Qran Pri həftəsinə qədər davam edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub