Almaniyanın “Maynts” klubunun Bundesliqanın XXX turunda “Frayburq”la görüşü zamanı maraqlı hadisə yaşanıb.
Mynews.az xəbər verir ki, ilk hissədən sonra paltardəyişmə otağına yollanan futbolçular referi Quido Vinkmanın göstərişi ilə dərhal geri qayıdıblar.
Belə ki, videotəkrara baxan hakimlər “Frayburq”un cərimə meydançasında topun rəqib futbolçunun ələ toxunmasını və bunun qayda pozuntusu olduğunu qeydə alıblar.
Nəticədə qonaqların qapısına təyin olunan penaltini dəqiq yerinə yetirən Pablo De Blasis komandasının fasiləyə 1:0 hesabı ilə öndə yollanmasını təmin edib. Argentinalı futbolçu ikinci hissədə daha bir qol vuraraq, yekun nəticəni müəyyənləşdirib – 2:0.
Lakin oyun zamanı daha bir hadisə baş verib. “Maynts” azarkeşləri oyunlarının iş günü – bazar ertəsi keçirilməsinə etiraz əlaməti olaraq fasilədə meydançaya tərəf tualet kağızları atıblar. Həmin kağızların yığışdırılması vaxt apardığından, ikinci hissənin başlanması yubanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub