Aprelin 15-dən Ermənistanın paytaxtı Yerevanda 23 yaşadək qılıncoynatma üzrə Avropa çempionatı keçirilir.
Mynews.az xəbər verir ki, məlum səbəblərdən Azərbaycan millisi bu yarışda iştirak etməkdən imtina edib.
Lakin maraqlıdır ki, bu yarışın Ermənistanda keçirilməsinə razılıq verən nümayəndələr arasında Azərbaycan təmsilçilərinin də olduğu bildirilir. Bu iddia ilə Ermənistan millisinin baş məşqçisi Alik Navasardyan çıxış edib. O bildirib ki, Azərbaycanla Türkiyə iki il əvvəl Ermənistanın lehinə səs veriblər:
“Biz bu imkanı çətinliklə əldə etdik. Ermənistan Qılıncoynatma Federasiyası çempionatın bizim ölkədə keçirilməsi üçün hər şeyi etdi. Ermənistanı 44 ölkədən 34-ü dəstəklədi, qalanları İsrailin lehinə səs verdilər. Türkiyə və Azərbaycan da Ermənistanın xeyrinə səs verdi. Ancaq Azərbaycan komandası birincilikdə iştirak etməyəcək”.

Azərbaycan KİV-də gedən xəbərə görə isə, həmin səsvermədə iştirak edənlər Qılıncoynatma Federasiyasının (AQF) sabiq vitse-prezidenti Yaşar Məmmədov və indiki vitse-prezidenti Fərhad Qasımov (Kasimov) olub.
Artıq AQF-nin vitse-prezidenti Fərhad Qasımov iki il öncə Polşanın Toruny şəhərində keçirilmiş FİE-nin (Beynəlxalq Qılıncoynatma Federasiyası) konqresində iştirak məsələsinə aydınlıq gətirib. O, dərc edilənlərə belə şərh verib:
“2016-cı ilin iyununda Polşanın Torun şəhərində keçirilən konqresdə mən Beynəlxalq Qılıncoynatma Federasiyasının müşaviri qismində çıxış etmişəm. FİE-nin nümayəndəsi kimi mənim səsvermədə iştirak etmək kimi səlahiyyətim olmayıb. Ümumiyyətlə, 2017-ci ilin payızına kimi Azərbaycan Qılıncoynatma Federasiyasında təmsil olunmamışam.
Mətbuatda bununla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Qeyd edim ki, səsvermə gizli formatda keçirillir və səs verən şəxsdən başqa heç kim onun hansı ölkəyə və ya namizədə səs verdiyini bilə bilməz. Bu səbəbdən də Avropa Qılıncoynatma Konfederasiyasının gizli keçirilən səsvermənin nəticələrini hansısa jurnalistə göndərdiyini və ya ictmaiyyətə açıqlayacağını iddia etmək də absurddur”.
Qeyd edək ki, sözügedən qitə birinciliyi ayın 19-dək davam edəcək. Bu turnirdə Avropanın 32 ölkəsindən 300-ə yaxın idmançı mübarizə aparır.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub