Bu həftəsonu Almaniyanın paytaxtı Berlində gənclər arasında beynəlxalq turnir baş tutub.
Mynews.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmizi təmsil etmək üçün həmin şəhərə yollanan kişi idman gimnastikası üzrə yığma komandamız 23 ölkə arasında fərqlənməyi bacarıb.
Belə ki, millimizin üzvü, gənc gimnastımız Səməd Məmmədli iştirak etdiyi 3 final mərhələsinin ikisində yüksək nəticə göstərərək qızıl medala sahiblənib. Təmsilçimiz dəstəli at üzərində hərəkətlərinə görə 12.850 xalla, paralel qollarda isə 13.250 xalla birinciliyi əldə edib.
Turnikdə çıxışına görə isə S.Məmmədli hakimlərdən 11.150 xal alaraq 4-cü yerdə qərarlaşıb.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub