İspaniyanın “Barselona” klubu UEFA Gənclər Liqasının qalibi olub.
Mynews.az xəbər verir ki, Kataloniya təmsilçisi finalda İngiltərənin “Çelsi” komandasını böyük hesabla məğlub edib – 3:0.
İsveçrənin Nyon şəhərindəki “Kolovrey” stadionunda keçirilmiş qarşılaşmada Alexandro Markes dubl edib, daha bir qolun müəllifi isə uzatma dəqiqələrində Abel Ruis olub.
Qeyd edək ki, UEFA Gənclər Liqası gənclərdən ibarət klublar üçündür. Bu yarışa Çempionlar Liqasının qrup mərhələsinin 32 və Avropanın ən yaxşı 32 liqasının hər birindən bir komanda qatılır.
Bu mövsüm Azərbaycanı təmsil etmiş “Qarabağ”ın qrup mərhələsindəki rəqiblərindən biri “Çelsi” olub. Ağdam komandası “zadəganlar”a səfərdə 0:5, evdə 1:3 hesabı ilə uduzub.
“Barselona”nın yarımfinalda İngiltərənin “Mançester Siti” klubunu 5:4 hesabı ilə yendiyi görüşü isə FIFA referisi Əliyar Ağayevin rəhbərliyi altında azərbaycanlı hakimlər briqadası idarə edib.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub