Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Formula-1” iştirakçılarından olan “Toro Rosso” komandasının pilotlarının iştirakı ilə görüş keçirilib.
Mynews.az xəbər verir ki, fransalı Pyer Qasli və yeni zelandiyalı Brendon Hartli tələbələrın suallarını cavablandırıb.
B.Hartli Azərbaycan Qran-Prisində maksimal sürətin saatda 380 km olacağını bildirib.
Hartli onu da qeyd edib ki, avtomobildə olanda özlərini heyvan kimi hiss edirlər. Çünki bütün hisslər unudulur.
Bu yerdə P.Qasli qeyd edib ki, özlərini tısbağa kimi hiss edirlər.
Qasli Pits qızların bu ildən “Formula-1” yarışlarından uzaqlaşdırılmasına da münasibət bildirib:
“Brendon evlidir. Ona görə də onun üçün fərqi yoxdur. Amma mən subayam. Mən Pits qızlarına öyrəşmişdim. Onlar “Formula-1”-ə qlamurluq gətirirdilər. Qızların yarışlardan çıxarılması heç də yaxşı olmadı”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub