Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin iştirakçıları və təşkilatçılar arasında futbol turniri keçirilib. Turnirin mətbuat xidmətindən Mynews.az-a verilən məlumata görə, Şəmkir Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 4 komanda mübarizə aparıb. Azərbaycan və xarici şahmatçılardan ibarət komandalarla yanaşı yarışda həmçinin ShamkirChess 2018 superturnirinin təşkilatçılarından formalaşan iki kollektiv çıxış edib. Final oyununda Azərbaycan komandasıyla heyətində xarici şahmatçıların çıxış etdiyi "Dünya yığma"sı üz-üzə gəlib. Maraqlı anlarla yadda qalan həlledici görüş "Dünya yığma"sının 2-1 hesablı qələbəsiylə yekunlaşıb. Maraqlıdır ki, "Dünya yığma"sının turnirdə bütün qollarını Maqnus Karlsen vurub. Ümumilikdə norveçli şahmatçı 6 qolla yarışın bombardiri olub.
Sonda qalib komanda kubokla mükafatlandırılıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub