Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirində VI tur başa çatıb.
Mynews.az xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Çin təmsilçisi Dinq Lirenlə heç-heçə oynayıb.
Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov partiyadan sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verib:
“Berlindəki oyunu unutmamışam. Sadəcə indi fərqli vəziyyətdir. İddiaçılar Turnirində Lirenə uduzduğum partiyada ağ fiqurlarla oynayırdım. Berlində yalnız qələbə haqqında düşünürdüm. İndi qara fiqurlarla oynayırdım, ona görə heç-heçə normal nəticədir.
Yeni debüt seçimi etdim, sadəcə üstünlük qazana bilmədim. Rəqib çox ehtiyatlı oynayırdı. Ona görə də səhvlər demək olar ki, olmadı. Bununla belə, qarşıdakı turlara daha ciddi hazırlaşacağam. Çünki hələ turnir cədvəlində çox şey dəyişə bilər”.
İstirahət günü barədə danışan Məmmədyarov futbol yarışında finalda uduzduqları "Dünya yığması"nın heyəti barədə danışıb:
“Futbol çox maraqlı anlarla yadda qaldı. İlk görüşdə təşkilatçılardan formalaşan komandanı 8:0 hesabıyla məğlub etdik. Sonradan finalda "Dünya yığma"sına qarşı oynadıq. Yorğunluq təsirsiz ötüşmədi. Əgər ilk görüşdə əcnəbi şahmatçılarla qarşılaşsaydıq, onları məğlub edəcəkdik. Finala gücümüz qalmadı.
Həm də bizim heyətdə orta yaşlı oyunçular çox idi. Finalda 1:2 hesabıyla uduzduq. Rəqib komandada Dinq Liren, Denis Xismatulin və təbii ki, Maqnus Karlseni xüsusi qeyd edərdim. Maqnus şahmatla yanaşı, futbolu da yaxşı oynayır”.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
435 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
427 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
419 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
415 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
390 dəfə oxunub