Türkiyə kubokunun yarımfinalında keçirilən "Fənərbağça" - "Beşiktaş" cavab oyununun 57-ci dəqiqədən azarkeşsiz oynanılması birmənalı qarşılanmayıb.
Mynews.az goal.az-a istinadən xəbər verir ki, TFF-nin qərarı "Beşiktaş" rəhbərliyi və baş məşqçi Şenol Günəş belə haqsız qərar gözləmədiklərini bildiriblər. "Beşiktaş" tərəfi qərar etiraz olaraq oyuna çıxmaya bilər. Bu gün prezident Fikrət Orman idarə heyəti ilə görüşəcək. Yekun qərar bu görüşdə veriləcək.
"Beşiktaş" oyuna çıxmaqdan imtina etsə, texniki məğlubiyyət alacaq.
Qeyd edək ki, "Fənərbağça" - "Beşiktaş" görüşünün 56-cı dəqiqəsində hesab 0:0 ikən "Beşiktaş"-ın ehtiyat qapıçısı Tolga Zenginlə "Fənərbağça"lı azarkeşlər arasında mübahisə düşüb. Bu zaman "qara qartallar"ın baş məşqçisi Şenol Günəş vəziyyəti sakitləşdirməyə çalışıb. Həmin vaxt onun başına tribunadan yad əşya atılıb. Bundan sonra meydandan kənarda gərginlik yaşanıb. Baş verənlərə görə "Beşiktaş"ın baş məşqçisi və futbolçular paltardəyişmə otağına gedib. Bundan sonra görüşün baş hakimi Mete Kalkavan oyunu yarımçıq dayandırıb və paltardəyişmə otağına gedib. Hakim briqadası baş verənlərə görə görüşün təxirə salınmasına qərar verib.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub