Bakıda 2018 “Formula-1” dünya çempionatının 4-cü mərhələsi - Azərbaycan Qran-Prisi davam edir.
Mynews.az oxu.az-a istinadən verdiyi məlumata görə, yarışmanın ikinci yarış günündə “Formula-2” sinfində birinci yarış, “Formula-1” pilotlarının isə üçüncü praktiki sessiyası olacaq.
Həmçinin “Formula-1”-də təsnifat mərhələsi keçiriləcək.
“Formula-1” bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun – Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
Yarışlardan 10 komandadan 20 pilot iştirak edir. "Mercedes" komandasının heyətində Lyuis Hemilton və Valtteri Bottas, "Ferrari"də Sebastian Fettel, Kimi Raykonnen, "Williams"ın heyətində Sergey Sirotkin və Lens Stroll yarışırlar. "Red Bull Racing" komandasında Daniel Rikkiardo, Maks Ferstappen, "Force India"da Esteban Okon və Serxio Peres, "Renault"da isə Niko Hülkenberq ilə Karlos Sayns mübarizə aparırlar.
Bundan başqa, "Toro Rosso"nun heyətində Brendon Hartli və Pyer Qasli, "Sauber"də Markus Eriksson, Şarl Lekler, "McLaren"də Fernando Alonso və Stoffel Vandorn yürüşdə iştirak edirlər. Pilotlar Romen Qrojan və Kevin Maqnussen isə "Haas" komandalarının idman şərəfini qoruyurlar.
Aprelin 29-da isə “Formula-1” Azərbaycan Qran-Prisinin qalibi müəyyənləşəcək.
1
Dövlət Vergi Xidmətinin Aparatının strukturu dəyişib
568 dəfə oxunub
2
Nazir “Napoli” - “Qarabağ” oyununu stadiondan izləyib
539 dəfə oxunub
3
Təhsil infrastrukturu yenilənməyə davam edir - FOTOLAR
524 dəfə oxunub
4
Polkovnik faciəli şəkildə öldü
514 dəfə oxunub
5
Şəhid hərbçinin övladı faciəli şəkildə öldü - TƏFƏRRÜAT
511 dəfə oxunub