Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Keşlə” klubu “Neftçi”ni 2:1 hesabı ilə məğlub edib.
Mynews.az xəbər verir ki, baş hakim Rəhim Həsənovun idarə etdiyi oyunda hesabı meydan sahibləri açıblar. Matçın 21-ci dəqiqəsində Vaqif Cavadov fərqlənib – 1:0. Birinci hissənin əsas vaxtının başa çatmasına üç dəqiqə qalmış “Neftçi” klubu hesabı bərabərləşdirib. Namiq Ələsgərov adını tabloya yazdırıb – 1:1. İlk hissə bu hesabla başa çatıb.
Fasilədən sonra irəli atılan meydan sahibləri 68-ci dəqiqədə Adrian Skarlatakenin qolu ilə istəklərinə çatıblar – 2:1.
Bu qələbədən sonra “Keşlə” 24 xalla turnir cədvəlində altıncı, “Neftçi” isə 37 xalla dördüncü pillədə qərarlaşıblar.
Tura bu gün keçiriləcək “Qəbələ”-“Kəpəz” və aprelin 29-da oynanılacaq “Sumqayıt”-“Səbail” oyunları ilə yekun vurulacaq.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
405 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
399 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
390 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
387 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
360 dəfə oxunub