Bu mövsüm La Liqada çempionluq mübarizəsindən uzaq düşən "Real" yayda heyətinə bir neçə ulduz futbolçu qatacaq. Bununla bağlı hər gün yeni xəbərlər yayılır, "Kral Klubu"nun transfer siyahısında olan futbolçuların adları açıqlanır.
Mynews.az Fanat.Az-a istinadən xəbər verir ki, "Real"ın hədəfindəki futbolçulardan biri də "Mançester Siti"nin ulduzu Leroy Sanedi. "Manchester Evening News"un məlumatına görə, İspaniya klubu Almaniya millisinin üzvü üçün rəsmi təklif göndərməyə hazırlaşır. İddialara görə, madridlilər "Mançester Siti"yə 80 milyon avro təklif edəcək. Qeyd edək ki, "Mançester Siti" bu mövsüm Premyer Liqanın ən yaxşı gənc futbolçularından biri olan Leroy Sane 2016-cı ildə "Şalke 04"dən 50,5 milyon avroya transfer edib. Hazırda "Transfermarkt"ın 75 milyon avro qiymət qoyduğu 22 yaşlı futbolçu cari mövsümdə meydana çıxdığı 45 rəsmi oyunda 13 qol vurub və 16 məhsuldar ötürmə edib.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
405 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
399 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
390 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
387 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
360 dəfə oxunub