İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah ilə Misir Futbol Federasiyası arasında münaqişə baş verib.
Mynews.az report-a istinadən xəbər verir ki, səbəb milli komandanın futbolçularını daşıyan təyyarədə 26 yaşlı forvardın təsvir olunmasıdır. Federasiya şəxsiyyətindən reklam məqsədi ilə istifadə etdiyi Salaha kompensasiya ödəmək istəmir.
Daha əvvəl futbolçunun agenti bu insidentə görə qurumu tənqid edib. Əvəzində onun davranışı federasiya tərəfindən ləyaqətsizlik kimi qiymətləndirilib. Oyunçunun özü isə sosial şəbəkədəki hesabında hadisələrin belə gedişindən məyus olduğunu vurğulayıb. Onun fikrincə, belə məsələlər daha nəzakətlə həll olunmalıdır.
Misirin idman naziri Xaled Abd əl-Əziz məsələni araşdıracağını bildirib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub