Futbol üzrə Azərbaycan Premyer Liqasının XXV turu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
Mynews.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, "Zirə" ilə görüşdəki 2:1 hesablı səfər qələbəsi 46 yaşlı mütəxəssis üçün Azərbaycan çempionatlarında 200-cü olub. Bu oyunadək hesabında 199 qələbə olan Qurbanov 200-cü sevincini 338-ci matçında yaşayıb.
İlk qələbəsini 2006/2007 mövsümündə "Neftçi"nin "sükanı arxası"nda qazanan Qurbanov paytaxt klubunda 19, 2008-ci ildən rəhbərlik etdiyi "Qarabağ"da 181 dəfə yetirmələrinin qalib gəlməsinə şahid olub.
O, Azərbaycan çempionatları tarixində 200 və daha çox qələbə qazanan ikinci baş məşqçidir. Təcrübəli mütəxəssis yalnız vaxtilə futbolçu kimi rəhbərliyi altında çıxış etdiyi Ağasəlim Mircavadovdan geri qalır.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
405 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
399 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
390 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
387 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
360 dəfə oxunub