AFFA Klublar Komitəsinin bu il üçün ikinci iclası başlayıb.
Mynews.az report-a istinadən xəbər verir ki, "Bulvar" otelində keçirilən tədbirə AFFA-nın baş katibi Elxan Məmmədov da qatılıb. Azərbaycan Premyer Liqasında çıxış edən klubları isə Rəmiş Malıyev ("Keşlə"), Riad Rəfiyev ("Sumqayıt"), Elnur Camalxanov ("Kəpəz"), Ramin Həsənov (Səbail), Kamran Quliyev ("Neftçi"), Asif Əsgərov ("Qarabağ") və Natiq İsmayılov ("Zirə") təmsil edir. Yalnız "Qəbələ" nümayəndəsi hələlik iclasa gəlməyib.
Qeyd edək ki, toplantının gündəliyində AFFA-nın baş katibi Elxan Məmmədovun çıxışı, əvəzedici komandaların I Divizionda iştirak etmələrinin mümkünlüyünün müzakirəsi, uşaq liqalarında (U10 - U14) pley-off mərhələsində uduzann oyunçuların komandalarını dəyişmələrinin müzakirəsi, U15 və yuxarı liqa oyunlarının biirləşməsi (Məqsəd: xərclərin azaldılması), U10 - U14 liqalarının final mərhələsinin keçirilmə sisteminin dəyişdirilmə ehtimalının müzakirəsi və digər məsələlər yer alıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub