Rusiyanın (Dağıstan) Kaspiysk şəhərində keçirilən güləş üzrə Avropa çempionatında dünən azərbaycanlı idmançıya qarşı haqsızlıq etmiş hakimlər cəzalandırılıb.
Mynews.az-ın yarış üçün ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, 87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasovun Rusiya güləşçisi Bəyxan Ozdoyevlə görüşündə hakimlər idmançımıza qarşı haqsızlıq edib.
Belə ki, milliyyətcə inquş olan idmançı İslamın trikosundan tutsa da, qayda pozuntusu qeydə alınmayıb. Belə ki, qaydalara görə, belə olan halda rəqibə xəbərdarlıq verilməli və azərbaycanlı idmançının aktivinə iki xal yazılmalıdır.
Yunan-Roma yığmamızın məşqçisi Nurəddin Rəcəbov etiraz etsə də, hakimlər bu qayda pozuntusunu qeydə almayıb və əksinə, daha bir xalı yerli idmançıya verib. Nəticədə güləşçimiz 3:4 hesabı ilə uduzaraq finala çıxa bilməyib.
Bu gün isə məlum olub ki, həmin görüşün üç hakimi – Stevo Petroviç (Finlandiya), Ralf Şnayder (Almaniya) və İqor Brel (Belarus) cəza olaraq bir günlük yarışdan kənarlaşdırılıb.
Hətta əldə etdiyimiz məlumata görə, Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili buna görə Azərbaycanın Dünya Güləş Birliyindəki (DGB) üzvü Namiq Əliyevdən üzr istəyib.
Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Firdovsi Umudov isə telefonu ilə DGB-nin Hakimlər Komitəsinin almaniyalı sədri Antonio Silvestreyə bu anı göstərib. O da səhv olduğunu etiraf edib.


1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub