İdmançılarımız son illər, demək olar ki, bütün növlər üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edirlər.
Mynews.az xəbər verir ki, belə uğurlu nəticələr əldə edənlər sırasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının da adları var. Onlardan biri Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Rüstəm İlham oğlu Müslümovdur.
R.Müslümov bu il martın 13-də keçirilən Şərq Döyüş Növləri Federasiyaları Şurasının, Gənclər və İdman Nazirliyinin razılığı və təşkilatcılıqı ilə "Kempo" döyüş növü üzrə 8 - ci ənənəvi Azərbaycan çempionatında 80 kiloqram çəki dərəcəsində yarışaraq bütün görüşlərində qələbə qazanıb və ikiqat Azərbaycan çempionu adına layiq görülüb.
O, bu uğurunu aprelin 15-də respublikamızda keçirilmiş beynəlxalq "grappling team" turnirində də davam etdirib və qalibi olaraq Macarıstanın paytaxtı Budapeşt şəhərində "Kempo" əlbəyaxa döyüş növləri üzrə 15-ci Dünya cempionatına vəsiqə qazanıb.
Nəhayət, idmançımız aprelin 28-də dünyanın 70-ə yaxın ölkəsinin idmançılarının qatıldığı Budepeşt turnirində Azərbaycanı layiqincə təmsil edərək finala yüksəlib. Yalnız finalda məğlub olan Rüstəm Müslümov gümüş medal qazanıb və dünya ikincisi olub.
Bununla Rüstəm həm də ikiqat dünya mükafatçısı olub.
1
Venezuelada zəlzələdə ölənlərin sayı 1900-ü ötdü
405 dəfə oxunub
2
Bu gündən müddətli həqiqi hərbi xidmətə çağırış başlayır
399 dəfə oxunub
3
Ukraynada maşın sürən azərbaycanlının üstünə dron düşdü - Həlak oldu
390 dəfə oxunub
4
Bu ölkələrin vətəndaşları Azərbaycana vizasız daxil ola biləcək
387 dəfə oxunub
5
Kiyev ballistik raketlə vuruldu - Ölənlər var
360 dəfə oxunub