Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Mynews.az Azərbaycan Güləş Federasiyasının saytına istinadən xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan güləşçi həlledici görüşdə Estoniya təmsilçisi Helary Maegissalunu məğlub edib.
O, final görüşündə rəqibini 8:0 hesabı ilə üstələyərək Avropa çempionu olub.
Bu gün iki güləşçimiz bürünc medal uğrunda tatamiyə çıxacaq. 87 kq çəki dərəcəsində yarışan İslam Abbasov almaniyalı Denis Kudla, 77 kq çəkidə isə Elvin Mürsəliyev gürcü Tornike Camaşvili ilə qarşılaşacaq.
Qeyd edək ki, Rəsul Çunayev (72 kq) və Murad Məmmədov (60 kq) finala vəsiqə qazanıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub