Sloveniyada Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama oyununu keçirib.
Mynews.az report-a istinadən xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv Avstriya yığmasını sınağa çəkib.
Görüş Azərbaycan yığmasının asan qələbəsi ilə yekunlaşıb. İlk seti 10 top öndə bitirən qalib komanda növbəti setdə də qələbə qazanıb. Ardınca hesabı 3:0-a çatdıran milli qarşılıqlı razılığa əsasən, daha 2 hissə oynayıb. Dördüncü set də Qarayevin komandasının aktivinə yazılıb. Rəqib yalnız 15-dən oynanılan hissədə üstün olub.
Beləliklə, yığma ilk sınaq görüşünü 4:1 (25:15, 25:22, 25:20, 25:17, 10:15) hesablı qələbə ilə bitirib.
Qeyd edək ki, mayın 16-dək Mariborda təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin Sloveniya, Slovakiya və Xorvatiya ilə yoxlama oyunları da nəzərdə tutulub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub