Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən biri, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan milli komandasının ilk baş məşqçisi, AFFA İcraiyyə Komitəsinin üzvü olmuş mərhum Ələkbər Məmmədovun anadan olmasının 88-ci ildönümü ilə əlaqədar futbol veteranlarından ibarət “Təcrübə” komandası ilə futbol ictimaiyyətinin nümayəndələrindən (AFFA, PFL, TPL klubları) təşkil olunmuş “Futbol funksionerləri” komandası arasında dünən yoldaşlıq oyunu keçirilib.
Mynews.az xəbər verir ki, Bayıl stadionunda keçirilmiş oyunu Tahir Süleymanov, Ramiz Əsədov və Eldar Nağıbəyovdan ibarət veteran hakimlər briqadası idarə edib.
Topa ilk toxunuşu AFFA-nın İcraiyyə Komitəsinin üzvləri Kazbek Tuayevlə İsgəndər Cavadov, Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov və veteran hakim Rüstəm Rəhimov edib.
Ağasəlim Mircavadovun baş məşqçisi olduğu “Təcrübə” komandası Vaqif Sadıqovun rəhbərlik etdiyi “Futbol funksionerləri” komandasını 7:5 hesabı ilə yenib.
Veteranların heyətində Musa Qurbanov het-trik edib. Elxan Məmmədovun avtoqol müəllifi olduğu oyunda digər qolları Maşallah Əhmədov, Oqtay Abdullayev və Alim Qurbanov vurub.
“Futbol funksionerləri” komandasında isə Yunis Hüseynov dubl edib, digər qolların müəllifi Bəxtiyar Osmanov, Müsfiq Hüseynov və Elxan Məmmədov olub.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub