DÇ-2018-də iştirak edəcək komandaların baş məşqçilərinin məvacibi açıqlanıb.
Mynews.az komanda.az-a istinadən xəbər verir ki, mundialda ən varlı məşqçi statusunda Almaniya yığmasının çalışdırıcısı Yoahim Löv olacaq. Onun illik məvacibi 3,8 milyon avrodu.
Braziliya yığmasının baş məşqçisi Tite isə ildə 3,4 milyon avro qazanır. Fransa yığmasının baş məşqçisi Didye Deşamın da illik məvacibi 3,4 milyon avrodu.
4-cü pillədə İspaniya yığmasının çalışdırıcısı Xulen Lopeteqi qərarlaşıb - 2,9 milyon avro. Rusiya yığmasının baş məşqçisi Stanislav Çerçesov isə 5-ci pillədədi - 2,5 milyon avro.
Mundialın ən kasıb məşqçisi isə Aliu Sissedi. Seneqal yığmasının çalışdırıcısı ildə cəmisi 200 min avro məvacib alır.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub