İspaniyanın Quadalaxara şəhərində bədii gimnastika üzrə "Challenge" seriyasına aid Dünya Kuboku yekunlaşıb.
Mynews.az bildirir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, son günlər uğurlu çıxışları ilə yadda qalan yeniyetmə gimnastlarımız bu turnirdən də əli boş qayıtmırlar. Belə ki, komanda hesabında təmsilçilərimiz Nərminə Səmədova və Arzu Cəlilova ümumi hesaba 88.550 xal yazdırmaqla 3-cü pilləyə yüksəliblər və turnirin bürünc medalına layiq görülüblər.
Sıralamada 4-cü yerdə də 86.950 xalla digər Azərbaycan gimnastları Dərya Farşbafşəhriyari və Yelizaveta Luzan qərarlaşıb.
Qızlarımız fərdi final yarışlarında da mübarizə aparıblar. Nəticələrə əsasən, Arzu Cəlilova gürzlərlə 4-cü, lentlə isə 7-ci olub. Luzan isə halqa ilə çıxışına görə 6-cı yerdə qərar tutub.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub