AFFA İcraiyyə Komitəsinin iclasından sonra milli komandanın və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Mynews.az xəbər verir ki, o, I divizionda çempion olan “Xəzər” klubunun Premyer Liqada iştirak etməməsinə toxunub.
Qurbanov klubun lisenziya şərtlərindən danışıb:
“Xəzər” klubu ilə bağlı lisenziya sənədlərinə baxdım. Bu klubun bank təminatı yoxdur. Bu, yoxdursa, artıq nəsə demək olmur. Buna əməl etmək lazımdır. Kim əməl edirsə, Premyer Liqada yerini almalıdır”.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov braziliyalı futbolçusu Rişard Almeydanın komandadan getmək xəbərlərinə münasibət bildirib:
“Rişard Almeydanın müqaviləsi bitir. Onun əla təklifləri var. “Qarabağ”da qalmaq şansı çox azdır”.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub