Rusiyanın bayker klubu "Gecə canavarları"nın üzvləri motosiklet yarışı çərçivəsində Azərbaycana baş çəkəcəklər.
Mynews.az virtualaz-a istinadən xəbər verir ki, motosiklet yarışı Tehran konfransının 75 illiyinə həsr olunub. Xatırladaq ki, İkinci Dünya müharibəsi illərində müttəfiq ölkələrin liderləri (İosif Stalin, Uinston Çörçill və Ruzvelt Franklin) Avropada "İkinci cəbhə"nin açılması haqda qərarı məhz həmin görüşdə qəbul etmişdilər.
Motosikletçilər qrupu artıq Rusiya və Qazaxıstan ərazisisindən keçib. Bu gün onlar Qırğızıstan paytaxtına gəliblər. Oradan isə Özbəkistan və İran vasitəsilə Azərbaycana doğru yürüşlərini davam etdirəcəklər.
Onu da xatırladaq ki, "Gecə canavarları" Putinin imperiya ideyalarını dəstəkləyən aqressiv qrupdur.
"Gecə canavarları" bayker klubuna "Xirurq" ləqəbli Aleksandr Zaldostonov başçılıq edir. Prezident Vladimir Putin dəfələrlə bu bayker klubunun üzvləri ilə görüşüb. Bu da deməyə əsas verir ki, "canavarlar" Kremldən kurasiya olunur.
Yeri gəlmişkən, "Gecə canavarları" Putinin seçki təbliğatında və digər siyasi aksiyalarda fəal iştirak edib.
1
Mayın ilk günü hava necə olacaq?
1039 dəfə oxunub
2
Sabah hava isti olacaq PROQNOZ
1034 dəfə oxunub
3
Azərbaycan və Maldiv arasında viza ləğv edildi
1033 dəfə oxunub
4
Azərbaycanda saatlıq əməkhaqqı modeli tətbiq olunacaq
1029 dəfə oxunub
5
Bu xəstəxananın köçürülməsinə başlanıldı
1028 dəfə oxunub