Beynəlxalq idman arenalarını fəth etməkdə davam edən bədii gimnastlarımızdan xoş xəbər bu dəfə Portuqaliyadan gəlib.
Mynews.az xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyasından Trend-ə verilən məlumata görə, Portimao şəhərində keçirilən "Challenge" seriyasına aid Dünya Kubokunda ölkəmizin bədii gimnastika üzrə qrup hərəkətləri komandası düz 3 dəfə fəxri kürsüyə yüksəlib. Bütün mümkün finallarda medal qazanan qızlarımız - Siyana Vasileva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətova ilk olaraq çoxnövçülükdə fərqlənərək, iki kompozisiyanın nəticəsinə əsasən bürünc medal əldə ediblər. Uğurlu çıxışları sayəsində komandamız hər iki hərəkət üzrə ayrı-ayrı finallara da vəsiqəni təmin ediblər.
Turnirin son günü final çıxışlarını icra etmək üçün xalça üzərinə çıxan gimnastlarımız medal dəstini tamamlamağa müvəffəq olublar. Komandamızın halqalarla nümayiş etdirdikləri kompoziya gümüş medalla mükafatlandırılıb.
Növbəti - top və iplərlə final proqramını isə tam qüsursuz icra edərək, rəqiblərinə şans buraxmayan bədii gimnastlarımız Dünya Kubokunun qızıl medala sahiblənməklə, Azərbaycan Himnini Portimao arenasında səsləndiriblər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub