İngiltərə Premyer Liqasına sonuncu vəsiqə uğrunda pley-off mərhələsinin yarımfinal raunduna yekun vurulub.
Mynews.az apasport.az-a istinadən xəbər verir ki, bu oyunlardan sonra bir yerə iki namizəd qalıb.
"Aston Villa" "Midlsbro" ilə qolsuz heç-heçədən sonra finala yüksəlib. Birminhem təmsilçisi ilk görüşdə 1:0 hesabı ilə qalib gəlmişdi.
Digər cütdə "Fulhem" "Derbi"yə ilk oyundakı məğlubiyyətin (0:1) əvəzini çıxa bilib. Premyer Liqaya vəsiqə uğrunda görüşdə də "Aston Villa" ilə "Fulhem" üz-üzə gələcək.
Qeyd edək ki, final oyunu mayın 26-da "Uembli"də baş tutacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub