Milli komandamızın baş məşqçisi Robert Prosineçki Qətərlə yoldaşlıq görüşündə stadiona buraxılmayan azarkeşlərlə görüşüb.
Mynews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis fanatlarla şəkil də çəkdirib.
Qeyd edək ki, Doha şəhərindəki “Əl Sədd” stadionunda millimizin oyununu izləməyə gələnlər Şamxal, Toğrul, Sənan, Elçin, Fərid, Zakir, Mustafa və Saim adlı azarkeşlər olub.
Oyunun ictimaiyyətə tam qapalı olaraq keçirildiyi üçün onların stadiona buraxılmadığı bildirilib.
Bundan xəbər tutan Prosineçki isə həmin fanatlara bu formada təskinlik verməyə çalışıb. Verilən məlumata görə, hətta Qətər yığmasının azarkeşləri də stadiona buraxılmayıb.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub