"Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasında 28-ci turun "Kəpəz" klubu ilə oyunsonrası mətbuat konfransında iştirak edib.
Mynews.az goal.az-a istinadən xəbər verir ki,Əhmədov öncə görüşlə bağlı fikirlərini bildirib:
"Meydana 3 xal üçün çıxmışdıq, onu da qazandıq. Mən komandaya gələndə 1 xalımız vardı, indi isə 46 xalla mükafatçılar sırasındayıq. Bu işdə bizə dəstək olan "Neftçi" ailəsinin hər bir üzvünü, futbolçuları, o cümlədən uzun məsafə qət edən azarkeşlərimizi təbrik edirəm və "çox sağ ol" deyirəm. Bu uğurda "Neftçi" ailəsinin hər bir üzvünün əməyi var. İlboyu çətin günlərdə bizə dəstək verən, "Neftçi" ailəsinin ayrılmaz hissəsi olan fanatlarımıza təşəkkür edirəm".
Jurnalistlərin suallarını cavablandıran baş məşqçi meydana sonradan buraxdığı Fransisko Qarsianı yenidən əvəzləməsini belə izah edib:
"Kirilo Petrov qırmızı vərəqə ilə cəzalandırılandan sonra meydana yenicə daxil olmiş Qarsianı məcburiyyətdən əvəzlədim. Çünki cinah oyunçumuz olmadığı üçün Rəhman Hacıyevi çıxara bilməzdim. Buna görə də "Qato"ya üzrxahlıq etdim ki, gələcək oyunlarında bu əvəzetmənin ona heç bir təsiri olmasın".
Tərlan Əhmədov futbolçuların Ramazan ayında oruc tutmaqda azad olduqlarını deyib:
"Mən Allahın əmrinə qarşı çıxa bilmərəm. Hər bir futbolçu bu işdə ixtiyar sahibidir, dində azaddır".
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub