Ermənistanın “Şirak” klubu yerli federasiyanın prezidenti başda olmaqla, qurumu tam tərkibdə istefaya çağırıb.
Mynews.az xəbər verir ki, Gümrü klubu bunun üçün dünən keçirilməli olan Ermənistan çempionatının XXVI turunun “Pünik”lə matçını boykot edib.
Federasiya danışılmış oyunlarda iştirakda şübhəli bilindiyi üçün bu klubun xallarını silib. Klub isə federasiyanın “Şirak”ın xallarını silməsindən şikayət etmək istəsə də, bu hüquqlardan məhrum edilib. Buna görə klub rəsmi bəyanatla federasiyanın tərkibi dəyişməyənədək çempionatda iştirak etməyəcəyini bildirib.
Qeyd edək ki, “Şirak” Ermənistan Futbol Federasiyasının qanunsuz qərarından qərargahı İsveçrənin Lozanna şəhərində yerləşən İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etməyə hazırlaşır.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub