“Qarabağ”ın daha bir legioneri klubdan ayrılıb.
Mynews.az xəbər verir ki, Oxu.Az-ın kluba yaxın mənbədən əldə etdiyi məlumata görə, bu, qapıçı İbrahim Şehiçdir.
Onun müqaviləsi başa çatır. Bosniya və Herseqovina millisinin qolkiperi yeni müqavilə şərtləri ilə razılaşmayıb və komandanı tərk etmək qərarı verib.
Bu xəbəri klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov təsdiq etməsə də, təkzib də etməyib:
“Bizdə bir çox futbolçuların klubla müqavilələri başa çatıb. İbrahim də həmin futbolçular arasındadır”.
Qeyd edək ki, İbrahim Şehiç 2013-cü ilin oktyabrından “Qarabağ”da çıxış edirdi. “Qarabağ”ın digər qapıçısı ukraynalı Anton Kanibolotskidir.
Xatırladaq ki, “Qarabağ”dan ayrılması dəqiqləşmiş digər futbolçular Rişard Almeyda, Pedro Enrike, Əfran İsmayılov və Rahid Əmirquliyevdir.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub