Mayın 28-də Qəbələdə keçiriləcək futbol üzrə Azərbaycan Kubokunun final matçının biletlərinin qiyməti və satışa çıxarılacağı tarix müəyyənləşib.
Mynews.az report-a istinadən xəbər verir ki, "Keşlə" və "Qəbələ" komandaları arasında baş tutacaq final oyununu VİP yerlərdən izləmək istəyənlər 30 manat ödəməli olacaqlar. Digər sektorlar üçün bilet qiymətləri isə 2 - 5 manat təşkil edəcək.
Ümumilikdə 4500 bilet mayın 26-da Qəbələ şəhər stadionunun girişində və "Gabaland" Əyləncə Mərkəzində satışa çıxarılacaq. Bilet satışı ilə bağlı Qəbələdə, eləcə də ətraf rayonlardakı otellərdə məlumat lövhələri yerləşdiriləcək.
Qeyd edək ki, final görüşü saat 20:00-da start götürəcək. Oyundan bir saat öncə isə məhşur rumıniyalı müğənni Seeya Qəbələ şəhər stadionunda konsert proqramı ilə çıxış edəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub