Əgər idmançıda dopinq aşkarlanırsa, bu, dövlətin imicinə zərbə vurur. Bəzən xaricdən məşqçilər dəvət olunur, ölkəmizdə idmançıları hazırlaşdırırlar. Onların müqaviləsinin müddəti bitdikdən sonra hazırlaşdırdıqları idmançılarda dopinq aşkarlanır. Burada məsuliyyəti kim daşıyır? Buna aydınlıq gətirilməlidir.
Mynews.az məlumat verir ki, bunu Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə Gənclər və idman komitəsinin mayın 25-də keçirilən birgə iclasında deputat Adil Əliyev deyib.
Millət vəkili bildirib ki, Azərbaycan Milli Antidopinq Agentliyi fəaliyyət göstərir, idmançılar da həmin qurumla məsləhətləşməlidirlər.
Onun sözlərinə görə, ölkədə 85 federasiya dövlət büdcəsindən maliyyə alır, amma həmin federasiyaların maliyyə vəziyyəti idmançılar üçün nəzərdə tutulan həbi almağa imkan vermir:
“Ona görə də olimpiya idman növlərində yarışan idmançılarla qeyri-olimpiya növlərində yarışanlar arasında fərq qoyulmamalıdır. Bütün idmançılara eyni münasibət olmalıdır. Onlar üçün ayrılan vəsaitlərdə böyük fərqlər olmamalıdır”.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub