Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının rəsmi mahnısı internetdə yayımlanıb.
Mynews.az report-a istinadən xəbər verir ki, mahnını məşhur aktyor və Qremmi musiqi mükafatının amerikalı sahibi Uill Smit, onun həmyerlisi Niki Cem və albaniyalı Era İstrefi ifa edir.
Amerikalı dicey və bəstəkar, "Diplo" ləqəbli Tomas Uesli Pentsin prodüseri olduğu musiqi "Live It Up" ("Nəyi var yaşa") adlanır. İyunun 7-də mahnının rəsmi videoklipi təqdim olunacaq. Artistlər iyulun 15-də Moskvada keçiriləcək final matçından əvvəl "Lujniki" stadionunda çıxış edəcəklər.
Qeyd edək ki, dünya çempionatı iyunun 14-də start götürəcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub