Stavanqerdə "Altibox Norveç Chess" superturnirinə start verilib.
Mynews.az-ın Apasport.az-a istinadən məlumatına görə, yarışın ilk turunda Şəhriyar Məmmədyarov Maksim Vaşye-Laqravla qarşılaşıb.
"Ağlar"la oynayan həmyerlimiz fransalı qrossmeysterlə heç-heçə oynayıb. Turun maraqlı görüşü isə şahmat tacı uğrunda görüşdə üz-üzə gələcək Maqnus Karlsenlə Fabiano Karuananın dueli olub. Norveçli rəqibini mat edib.
Məmmədyarov II turda Karuana ilə qarşılaşacaq.
I tur
Şəhriyar Məmmədyarov (Azərbaycan) - Maksim Vaşye-Laqrav (Fransa) - 0,5:0,5
Maqnus Karlsen (Norveç) - Fabiano Karuana (ABŞ) - 1:0
Hikaru Nakamura (ABŞ) - Dinq Liren (Çin) - 0,5:0,5
Uesli So (ABŞ) - Sergey Karyakin (Rusiya) - 0,5:0,5
Vişvanatan Anand (Hindistan) - Levon Aronyan (Ermənistan) - 0,5:0,5
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub