Madirin “Real” klubunun forvardı Kriştianu Ronaldu səkkiz il müddətinə azadlıqdan məhrum edilə bilər.
Oxu.Az xəbər verir ki, bu haqda “Sovetskiy sport” məlumat yayıb.
“AS” nəşrinin informasiyasına görə, futbolçunun vəkilləri 14,7 milyon avro ilə cəriməni bağlamağa çalışsalar da, İspaniyanın vergilər agentliyi güzəştə getmək niyyətində deyil.
Qurum vergidən yayınma halına görə, portuqaliyalı ulduzun 28 milyon avro ödəməsini tələb edir. Bu məbləğ iyunun 15-ə kimi ödənilməsə, Ronaldu məhkəməyə veriləcək.
İdmançı bununla razılaşsa, iki il müddətinə şərti həbs cəzası alacaq. Əks təqdirdə isə səkkiz il müddətinə azadlıqdan məhrum ediləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub