“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH), Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) təşkilatçılığı ilə yanvarın 24-də Formula-1 idmanından yazan jurnalistlər üçün “Sürətin nəbzini tut!” mövzusunda ikigünlük təlim başlayıb.
Mynews.az-ın verdiyi xəbərə görə, təlimin birinci günündə beynəlxalq təcrübəyə malik jurnalist və multimedia mütəxəssisi Dan Manson idmanın bu növünün işıqlandırılması qaydalarından danışıb.
Təlimin keçirilməsində məqsəd azərbaycanlı idman jurnalistlərinə avtoidman sahəsində ixtisaslaşmış beynəlxalq ekspertlərin təcrübəsindən faydalanmağı təmin etməkdir. Bu təlim həmişə inkişaf edən idman aləmi, xüsusən də Formula-1 haqqında xəbər hazırlamaqla bağlı iştirakçılara zəngin təcrübə qazandıracaq. Təlim zamanı təqdim olunacaq multimedia layihəsi çərçivəsində iştirakçılar əldə etdikləri bilik və bacarıqları qrup şəklində nümayiş etdirmək fürsətinə sahib olacaqlar.
Təlimi uğurla başa vuran iştirakçılara BŞH, Akademiya və Dan Mason Media Şirkətinin diplomu ilə təqdim ediləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub