Real Madridlə 3 dəfə ardıcıl olaraq Çempionlar liqasını qazanaraq qırılması çətin bir rekorda imza atan Zinəddin Zidan az öncə istefa verdiyini açıqlayıb.
Mynews.az xəbər verir ki, fransız məşqçi klub prezidenti Florentino Perez ilə çıxdığı mətbuat konfransında klubdan gedəcəyini açıqlayıb: "Komandanın 3 ildən sonra bir dəyişikliyə uğraması lazım idi. Gələcək mövsümdə Real Madriddə davam etməmək qərarı aldım. Hər kəs üçün ən doğru an bu idi. Komanda üçün hər şey yaxşı ikən belə bir qərar almaq qəribə görünə bilər, amma bu komanda qazanmağa davam etməlidir. Bu klubu çox sevirəm və mənə bu şansı verərək arzumu həyata keçirməyə şans yaratdığı üçün klub rəhbərliyinə təşəkkür edirəm".
Rəhbər Florentino Perez baş verənlərdən çox kədərləndiyini gizlətməyib: "Bu tamamilə gözlənilməyən bir qərar idi və bu gün mənim və klub üçün çalışan hər kəs üçün olduqca hüznlüdür. Zidan mənə qərarını bildirdikdən sonra bunu qəbul etməli idik. Onu razı salmağa çalışdım, amma olmadı. O onu çox sevdiyimizi və hər zaman dəstəklədiyimizi bilir".
Qeyd edək ki, Zidan 3 mövsüm ərzində Real Madridlə 149 matç, 104 qalibiyyət, 8 final, 9 kubok, 3 Çempionlar liqası, 2 FİFA Dünya klublar kuboku, 2 UEFA Super kuboku, 1 La liqa çempionluğu, 1 ispaniya Super kubokunu qazanıb.
1
TƏBİB-dən Fərhad Mehdiyevə CAVAB
362 dəfə oxunub
2
Sökülən evlərlə bağlı vacib təklif: Kompensasiya artırıla bilər
359 dəfə oxunub
3
“Daha 17” Dünya Kuboku matçlarını geridə qoydu
359 dəfə oxunub
4
ABB kartlarında nə baş verir? -Vəsaitlər silinir
358 dəfə oxunub
5
Xalq artistinin qızı ikinci ali təhsilini başa vurdu
358 dəfə oxunub