Fransanın "Paris Saint-Germain" klubunun Çempionlar Liqasında "evində "Barselona"ya 4:0-lıq qələbədən sonra 6-1 məğlub olması şok bir iddianı ortaya çıxarıb.
Milli.Az Fanatik-ə istinadən xəbər verir ki, "PSG"nin ulduzları Blaise Matuidi və Marko Verrattinin "Barselona" matçından iki gün əvvəl məşhur müğənni Rihanna ilə birlikdə olduğu iddia edilir.

Blaise Matuidi və Marko Verrattinin "Barselona"ya 6-1 məğlub olduqları matçdan iki gün əvvəl Rihanna ilə Parisdəki bir gecə klubunda görüşdükləri deyilir.
Rihanna o tarixdə Fransanın paytaxtında, bir idman geyim firması tərəfindən təşkil edilən moda şousunda iştirak edib.
"L'Equipe"inə görə, italyalı oyunçu Verratti və fransız ulduz Matuidi də ulduzlarla dolu partiyə qatılanlar arasında olublar.

Bu iddia "Barselona"ya məğlub olaraq 1/8-də "dayanan" fransızları qəzəbləndirib.
Marko Verrattinin meneceri Di Kampli "Verattinin "Barselona" matçından 48 saat əvvəl Rihanna ilə birlikdə olduğu yalandır" açıqlamasını edib.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub