Qarabağ”ın futbolçusu Dani Kintana ölkəsi İspaniyaya qayıda bilər.
Mynews.az xəbər verir ki, İspaniyanın “Las Palmas” klubu Ağdam klubunun yarımmüdafiəçisinin xidmətində maraqlıdır.
Ötən mövsüm La Liqada XIX yeri tutaraq, aşağı liqaya yuvarlanan “Las Palmas” yenidən elitaya qayıtmaq üçün güclü heyət qurmaq niyyətindədir.
Baş məşqçi Manolo Ximenesin yeni layihəsində Kintanaya da yer var. Bu səbəbdən ispanlar vaxt itirmədən 31 yaşlı hücuma meyilli oyunçu ilə danışıqlara start verib.
Qeyd edək ki, Dani Kintananın “Qarabağ”la müqaviləsi iyunun 30-da başa çatdığından, futbolçu “Las Palmas”a azad agent kimi keçə bilər.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub