Azərbaycan milli komandasının və İspaniyanın "Alkorkon" klubunun futbolçusu Eddi İsrafilov 5 ilədək həbs oluna bilər.
Mynews.az "Europa Press" nəşrinə istinadən verdiyi məlumata görə, 26 yaşlı hücumçu 2015-ci ilin iyulunda "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılır.
Enriç və Luna ilə intim əlaqədə olan qadın bunu videoya çəkməməyi xahiş etsə də, onlar nəinki buna əməl ediblər, üstəlik, sonradan digər şəxslərə də göndəriblər. Həmin görüntülərdə futbolçular qarşılıqlı razılıq əsasında videonu "Whatsapp" vasitəsilə İsrafilova ötürüblər.
Zərərçəkənin vəkili İniqo İruinin sözlərinə görə, məhkəmə görüntülərin razılıq olmadan çəkilməsində və yayılmasında Enriç və Lunanı, həmçinin İsrafilovu günahlandırır. 2015-ci ildə Cinayət Məcəlləsində razılıq olmadan və ya yayılmaması üçün çəkiliş etməni qadağan edən dəyişikliyə əsasən, bu, 2 ildən 5 ilədək həbsi nəzərdə tutur.
Zərərçəkən ona dəymiş mənəvi zərərlə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib. Oyunçular verdikləri ifadədə bağışlanmalarını xahiş ediblər. Araşdırmalar yekunlaşdıqdan sonra rəsmi qaydada ittiham irəli sürülərək, hökm oxunacaq.
Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən dəvət aldığı Azərbaycan millisində 8 oyuna çıxıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub