Latviya milli komandası Azərbaycan yığmasına evdə 1:3 hesabı ilə uduzub.
Mynews.az goal.az-a istinadən xəbər verir ki, meydan sahiblərinin çalışdırıcısı Miksu Paatalaynen məğlubiyyəti belə şərh edib: "Nəticədən razı deyilik. Estoniya və Litva ilə Baltika Kubokundakı oyunlarımız yaxşı alınmışdı. Həmin oyunlardan sonra təlim-məşq toplanışımızı və yoldaşlıq oyunları tsiklini müsbət yekunlaşdıracağımıza ümid edirdim.
Lakin hər şey tərsinə oldu. Azərbaycanla eyni səviyyəli mübarizə aparacağımızı güman etsəm də, oyun planlaşdırdığımız kimi alınmadı. Oyunçular və məşqçilər tələb olunan səviyyədə çalışmadılar. Psixoloji cəhətdən zəifliyi qəbul edə bilmərik. Hər kəs güzgüyə baxmalı və soruşmalıdır. Biz Azərbaycan yığmasını analiz etmişdik.
Oyunçularımız bu komandanın təhlükəli, yaxşı oyunçulara malik və yaxşı çıxış etməyə qadir olduğunu bilirdilər. Bu gün biz hətta ilk oyunumuzdakı səviyyəyə də yaxın deyildik. Ona görə də rəqiblərimizdən hansının indiyədək daha yüksək səviyyədə olduğunu demək çətindir. Azərbaycana qarşı oynamağa, düşüncə olaraq, hazır deyildik".
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub