"Qəbələ" komandasının mövsümlərarası fasilədəki hazırlıq proqramı müəyyənləşib.
Mynews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 2017/2018 mövsümü başa çatdıqdan sonra istirahətə buraxılan "qırmızı-qaralar" iyunun 12-də hazırlıqlara start verəcək.
Qəbələdə bir araya gələcək komanda üzvləri bir həftə ərzində məşqlərini doğma arenada gerçəkləşdirəcək. Milli komandaların düşərgəsindən qayıdan futbolçular xüsusi proqramla hazırlaşacaqlar.
"Qəbələ" iyunun 20-də Sloveniyaya yollanacaq. "Qırmızı-qaralar" iyulun 7-dək 4 yoxlama oyunu keçirəcəklər. Bu matçlardakı rəqiblər dəqiqləşməsə də, qarşılaşmalar iyunun 23-də, 28-də, iyulun 1-də və 5-də baş tutacaq.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub