1966-cı ildə keçirilmiş futbol üzrə dünya çempionatının finalında SSRİ-nin azərbaycanlı hakimi Tofiq Bəhramovun ingilislərin şübhəli qolunu qeydə alması Britaniya mətbuatında durmadan müzakirə olunur.
Mynews.az xəbər verir ki, Britaniyanın “Mirror” nəşri mərhum hakimin nəvəsi Tofiq Bəhramovu danışdırıb.
36 yaşlı Tofiq Bəhramov bildirib ki, İngiltərə millisinin ikinci dəfə dünya çempionu olmasını istəyir:
“Həqiqətən, İngiltərəni dünya çempionatında yaxşı vəziyyətdə görmək istəyirəm. Ümid edirik ki, onlar gözəl futbol oynayacaqlar və onlara qələbə arzu edirik.
Babam sağ olsaydı, yəqin ki, o da eyni cavabı verərdi. 1966-cı ildə ona düzgün qərarına görə təşəkkür düşür. İngiltərə millisi o qərar sayəsində dünya çempionu oldu”.
Tofiq Bəhramov altı yaşında olan oğlu Bəhramın İngiltərədə məşq etdiyini və onun İngiltərə Premyer Liqasında futbol oynamasını arzuladığını bildirib.

Qeyd edək ki, Bəhramovlar ailəsi Tofiq Bəhramovun 1966-cı ilin finalında geydiyi formanı hələ də saxlayır və o, heç vaxt yuyulmayıb.

oxu.az
1
İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad etdi - FOTO
1004 dəfə oxunub
2
Metroda ölən 41 yaşlı Cavidin - FOTOSU
967 dəfə oxunub
3
Məşhur aktrisa bu xəstəlikdən əziyyət çəkir
959 dəfə oxunub
4
Həbsdən çıxan Elşad Xose danışdı: "Ötən gün..."
957 dəfə oxunub
5
Azərbaycanda alim vəfat etdi
935 dəfə oxunub