Dünya çempionatının (DÇ) iştirakçılarını tanıtmağa davam edirik.
Mynews.az bu gün C və D qruplarının tanıtımını təqdim edəcək.
C qrupu ilə başlayaq. Bu qrupda Fransa, Avstraliya, Peru və Danimarka yer alıb.
Fransa
Öz ölkəsində keçirilən DÇ-98-in çempionu bir müddət enişdə olsa da, son vaxtlar yüksəlişdədir. Düzdür, komanda iki il əvvəl yenə öz ölkəsində keçirilmiş qitə birinciliyində gümüş medalla kifayətləndi. Amma Didye Deşanın komandası indi daha təcrübəlidir.
Düzdür, bu baş məşqçi “Barselona”dan Luka Dini, “Bayern”dən Kinqsli Komanı, “Arsenal”dan Aleksandr Lakazet, “Mançester Yunayted”dən Antoni Marsialı yekun heyətə salmamaqla çoxlarını təəccübləndirdi. Lakin komandanın qapısını Üqo Loris kimi İngiltərə Premyer Liqası təcrübəsi olan qapıçı qoruyursa, müdafiənin mərkəzlərində Samuel Ümtiti ilə Rafael Varan kimi La Liqa nəhənglərinin futbolçuları oynayırsa, yarımmüdafiədə hər zaman əzmi ilə diqqətləri öz üzərinə çəkən Pol Poqba çıxış edirsə, hücum xəttində Antuan Qrizmanla Kilian Embape mübarizə aparırsa, bu komanda niyə yenidən dünya çempionu olmasın?!
Qapıçılar: Alfons Areola (PSJ), Uqo Loris (“Totenhem”, İngiltərə), Stiv Mandanda (“Marsel”);
Müdafiəçilər: Lukas Ernandes (“Atletiko”, İspaniya), Presnel Kimpembe (PSJ), Benjamen Mendi (“Mançester Siti”, İngiltərə), Cibril Sidibe (“Monako”), Adil Rami (“Marsel”), Benjamen Pavar (“Ştutqart”, Almaniya), Samüel Ümtiti (“Barselona”, İspaniya), Rafael Varan (“Real”, İspaniya);
Yarımmüdafiçələr: Blez Matüidi (“Yuventus”, İtaliya), Pol Poqba (“Mançester Yunayted”, İngiltərə), Nqolo Kante (“Çelsi”, İngiltərə), Korenten Tolisso (“Bayern”, Almaniya), Stiven Nzonzi (“Sevilya”, İspaniya);
Hücumçular: Olivye Jiru (“Çelsi”, İngiltərə), Antuan Qrizman (“Atletiko”, İspaniya), Usman Dembele (“Barselona”, İspaniya), Toma Lemar (“Monako”), Kilian Mbape (PSJ), Florian Toven (“Marsel”), Nabil Fekir (“Lion”).
Avstraliya
Asiya və Okeaniya çempionları 2006-cı ildəki uğurunu təkrarlamağa çalışacaq. Həmin DÇ-də Xorvatiya kimi komandanı qrupda saxlamış “yaşıl qitə”nin sakinləri 1/8 finalda İtaliya ilə görüşdə haqsızlığa uğramışdı.
Oyunboyu italyanlardan üstün olmuş Avstraliya matça əlavə olunmuş dəqiqədə təyin olunmuş şübhəli penalti qolu ilə mundialdan kənarlaşdırılmışdı. İndi Avstraliya ən azı həmin nəticəsini təkrarlamağa çalışacaq.
38 yaşlı “Everton”un sabiq hücumçusu Tim Keyhil də bu heyətdə olacaq. Ancaq komandanın indiki heyəti və qrupda II yerə başqa namizədlərin olması belə deməyə əsas vermir.
Qapıçılar: Metyu Rayan (“Brayton”, İngiltərə), Deni Vukoviç (“Qenk”, Belçika), Bred Cons (“Feyenoord”, Hollandiya);
Müdafiəçilər: Aziz Behiç (“Bursaspor”, Türkiyə), Miloş Deqenek (“Yokohama”, Yaponiya), Metyu Yurman (“Suvon”, Cənubi Koreya), Ceyms Meredit (“Miluol”, İngiltərə), Coş Risdon (“Vestern Sidney Uonderers”), Trent Seynsberi (“Qrashoper”, İsveçrə);
Yarımmüdafiəçilər: Mayl Yedinak (“Aston Vila”, İngiltərə), Cekson İrvayn (“Hal Siti”, İngiltərə), Robi Kruz (“Boxum”, Almaniya), Massimo Luonqo (KPR, İngiltərə), Mark Miliqan (“Əl-Əhli”, Səudiyyə Ərəbistanı), Aaron Muy (“Hadersfild”, İngiltərə), Tom Roqiç (“Seltik”, Şotlandiya), Dimitri Petratos (“Nyukasl Cets”), Daniel Arzani (“Melburn”);
Hücumçular: Tim Keyhil (klubsuz), Tomi Yuriç (“Lutsern”, İsveçrə), Metyu Leki (“Herta”, Almaniya), Endryu Nabbut (“Urava”, Yaponiya), Ceymi Maklaren (“Dramştadt”, Almaniya).
Peru
Argentinalı baş məşqçi Rikardo Qarekanın yetirmələri uzaq 80-ci illərdən sonra mundiala qatılmaqla perulu azarkeşlərin böyük şadyanalığına səbəb oldu. Geyimləri ilə seçilən və 1930-cu ildə keçirilmiş ilk DÇ-nin iştirakçısı olmuş cənubi amerikalılar üçün bu, dördüncü mundial olacaq.
İkiqat Amerika Kubokunun qaliblərinin 1/8 final şansları çox çətin görünür. Komandanın hücum xəttində “Şalke”nin sabiq forvardı Ceferson Farfan kimi oyunçu olsa da, “bir güllə bahar olmaz” deyimini unutmamalıyıq.
Qapıçılar: Pedro Qalyese (“Verakrus”, Meksika), Karlos Kaseda (“Deportivo Munisipal”), Xose Karvalyo (UTK);
Müdafiəçilər: Luis Advinkula (BUAP, Meksika), Aldo Korso (“Universitario”), Miqel Trauko (“Flamenqo”, Braziliya), Kristian Ramos (“Verakrus”, Meksika), Alberto Rodriqes (“Atletiko Xunior”, Kolumbiya), Miqel Arauxo (“Alyansa”), Nilson Loyola (“Melqar”), Anderson Santamariya (“Puebla”, Meksika);
Yarımmüdafiəçilər: Pedro Akino (BUAP, Meksika), Vilder Kartaxena (“Verakrus”, Meksika), Kristian Kueva (“Sao Paulo”, Braziliya), Edison Flores (“Olborq”, Danimarka), Paolo Urtado (“Qimaraynş”, Portuqaliya), Renato Tapia (“Feyenoord”, Hollandiya), Yosimar Yotun (“Orlando”, ABŞ), Endi Polo (“Portlend Timbers”, ABŞ);
Hücumçular: Paolo Qerero (“Flamenqo”, Braziliya), Andre Karilo (“Uotford”, İngiltərə), Raul Ruidias (“Morelia”, Meksika), Ceferson Farfan (“Lokomotiv”, Rusiya).
Danimarka
Bu ölkə hər zaman turnirlərin bəzəyi olub. Göstərdikləri oyunla hər zaman diqqətləri öz üzərinə çəkən şimali avropalılar bu qrupdan çıxmağa borcludurlar. Elə proqnozsevərlər də bu qrupdan Danimarkanı II yerə namizəd kimi görür. Lakin 2002-ci il mundialı yaddaşlardan silinməyib.
Uzaq Şərqdə keçirilmiş həmin DÇ-də Fransa ilə Danimarka bir qrupda yer almışdı. O zaman Danimarka Fransanı 2:0 məğlub edərək qrup lideri olmuşdu. Həmin Danimarkanın heyəti başdan-başa dəyişsə də, indiki heyət də bu qrupda Fransa ilə başa-baş mübarizə aparmağa qadirdir.
Yoxlama oyunlarında da komanda inamlı oyunu ilə yaddaşlarda qalıb. Elə aşağıdakı heyətdə oyunçuların adlarına baxdıqda komandanın qrupda başağrısı olacağı ilə bağlı yazdıqlarımızı təsdiqləyərsiniz.
Qapıçılar: Frederik Rennov (“Bröndbü”), Yonas Lösl (“Hadersfild”, İngiltərə), Kasper Şmeyxel (“Lester”, İngiltərə);
Müdafiəçilər: Andreas Kristensen (“Çelsi”, İngiltərə), Henrik Dalsqor (“Brentford”, İngiltərə), Yanik Vesterqor (“Borusiya” M, Almaniya), Yens Larsen (“Udineze”, İtaliya), Yonas Knudsen (“İpsviç”, İngiltərə), Matias Yorqensen (“Hadersfild”, İngiltərə), Simon Kyer (“Sevilya”, İspaniya);
Yarımmüdafiəçilər: Kristian Eriksen (“Totenhem”, İngiltərə), Lase Şöne (“Ayaks”, Hollandiya), Lukas Leraqer (“Bordo”, Fransa), Mikael Kron-Deli (“Deportivo”, İspaniya), Tomas Dileyni (“Verder”, Almaniya), Vilyam Kvist (“Kopenhagen”);
Hücumçular: Andreas Kornelius (“Atalanta”, İtaliya), Kasper Dolberq (“Ayaks”, Hollandiya), Martin Breytveyt (“Bordo”, Fransa), Nikolay Yorqensen (“Feyenoord”, Hollandiya), Pione Sisto (“Selta”, İspaniya), Viktor Fişer (“Kopenhagen”), Yussuf Poulsen (“Leypsiq”, Almaniya).