Macarıstanın Dyör şəhərində 2003-2004-cü il təvəllüdlü yeniyetmələr (məktəblilər) arasında Avropa çempionatı keçirilib.
Mynews.az xəbər verir ki, çempionatda iştirak edən kiçik yaşlı yeniyetmələrdən ibarət yığmamızın üzvləri bir qızıl, bir gümüş və dörd bürünc medal qazanıb.
Yunan-Roma güləşçilərimiz bir qızıl və bir bürünc medal qazandığı halda, sərbəstlər bir gümüş və üç bürünc medala sahib olub.
Yunan-Roma güləşi yarışlarında bütün rəqiblərindən üstün olan Elmir Əliyev (52 kq) qızıl medal və Avropa çempionu adını qazanıb. 68 kq-da mübarizə aparan Əli Əlizadə isə bürünc medala yiyələnib.
Sərbəst güləşçilərin mübarizəsində yalnız final görüşündə uduzan Məmməd Əhmədov (57 kq) gümüş medalla kifayətlənib. Bürünc medalları isə yığmamıza Ceyhun Allahverdiyev (44 kq), Əkbər Vəliyev (48 kq) və Varis Mehdizadə (75 kq) qazandırıb.
Qeyd edək ki, görüşlərin idarə edilməsində ölkəmizi milli dərəcəli hakimlər Həbib Nurulu və Əli Babayev təmsil edib.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub