Rusiya hökumətinin üzvü Olqa Qolodets bu gün Qırmızı Meydanda FIFA-nın Futbol Parkının açılış mərasimində futbol üzrə dünya çempionatının matçlarına gəlmə səviyyəsindən danışıb.
Mynews.az xəbər verir ki, O.Qolodetsin sözlərinə görə, bu gün Samara stadionunda keçiriləcək Danimarka – Avstraliya matçına bir milyonuncu azarkeş gələcək.
Xatırladaq ki, Rusiyanın 11 şəhərinin 12 stadionunda 2018-ci ilin dünya çempionatının matçları keçirilir. Artıq bütün qruplarda I tur oynanılıb. Onların bəzilərində II tur da başa çatıb və onun yekunlarına əsasən, “pley-off” turnirinin bəzi iştirakçıları məlum olub. Məsələn, A qrupundan turnirin 1/8 finalına Rusiya və Uruqvay yığmaları çıxıblar.
Qeyd edək ki, bu gün C qrupunda Danimarka – Avstraliya matçından başqa, Fransa – Peru və D qrupunda Argentina – Xorvatiya görüşləri keçiriləcək.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub