Ötən mövsümün sonunda İbrahim Şehiçlə yollarını ayıran “Qarabağ” qapıçı axtarışlarını davam etdirir.
Mynews.az xəbər verir ki, Ağdam təmsilçisi “Peskara”nın qapıçısı Vinçentso Fiorillodan sonra şotlandiyalı Con Maklaflinə “elçi düşüb”.
“Qarabağ”ın 30 yaşlı qolkiperlə danışıqlara başladığı bildirilir. Son klubu “Harts” olan qapıçıya Azərbaycan çempionu iki illik müqavilə təklif edib.
Mayın 31-də “Harts”la müqavilə müddəti bitmiş Maklaflinin hazırda azad agent statusu daşıması bu keçidin reallaşma ehtimalını artırır.
Qeyd edək ki, Con Maklaflin mart və may aylarında Şotlandiya millisinin yoldaşlıq oyunlarına çağırılıb.
Futbolçu iyunun 2-də mundial iştirakçısı Meksika ilə görüşdə millisində debüt edib. Həmin matçda ilk hissədə şotlandların qapısını qorumuş Maklaflin qapısından bir top buraxıb.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub