Braziliya millisinin futbolçusu Marselo üçün dünya çempionatı başa çata bilər.
Mynews.az xəbər verir ki, Madrid “Real”ının sol cinah müdafiəçisi dünən Serbiya ilə oyunun doqquzuncu dəqiqəsində sağ ayağından zədə alıb və meydanı göz yaşları ilə tərk etməli olub.
Onun zədəsinin ciddi olduğu bildirilir. Daha doğrusu, o oynadılsa, ağır fəsadları ola bilər. Bu üzdən 1/8 finalda Meksika ilə oyunda ona istirahət veriləcəyi gözlənilir. Ümumiyyətlə, son xəbərlərə görə, Braziliya yarımfinala çıxacağı halda, Marselo həmin matçda forma geyməyə hazır olacaq.
Onun əvəzləyicisi isə Filipe Luisdir. Madrid “Atletiko”sunun futbolçusu yaxşı müdafiəçi olsa da, hücumlarda Marselo qədər faydalı deyil.
1
Rusiya Çernomorskda kater istehsalı müəssisəsini vurub
371 dəfə oxunub
2
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video
352 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
219 dəfə oxunub
4
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
219 dəfə oxunub
5
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
218 dəfə oxunub